
Tarixdən ibrət dərsləri: ticarətləri naminə vətənlərinin azadlığından imtina edən qorxaq bir xalq üçün qurban gedənlər...
Çe Gevara bir çoban tərəfindən satıldıqdan sonra gizləndiyi yerdə tutulanda çobanlardan biri təəccüblə soruşmuşdu:
“Ömrünü səni və hüquqlarını müdafiə etməklə keçirən bir adamı necə sata bildin?”
Çoban sadəcə belə cavab vermişdi:
“Düşmənlə döyüşü qoyunlarımı qorxutdu!”
İllər sonra Misirdə böyük lider Məhəmməd Kərim Napoleonun başçılıq etdiyi fransız yürüşünə qarşı dirəndi. Ancaq tutulduqdan sonra edama məhkum edildi. Lakin Napoleon onu yanına çağıraraq dedi:
“Ölkəsini sənin kimi bir cəsarətlə, qorxmaz şəkildə müdafiə edən bir adamı edam etməyə hazırlaşdığım üçün peşmanam. Tarixin məni vətənlərini müdafiə edən qəhrəmanları öldürmüş biri kimi xatırlamasını istəmirəm. Ona görə də itirdiyimiz əsgərlərin təzminatı olaraq on min qızıl qarşılığında səni əfv edəcəyəm”.
Məhəmməd Kərim gülümsəyərək dedi: “Mənim kifayət qədər pulum yoxdur, amma tacirlərə yüz min qızıla qədər borcum var”.
Napoleon ona möhlət verdi, o da zəncirlər içində və işğalçı əsgərlərlə əhatələnmiş halda bazara çıxdı.
Canını fəda etdiyi insanlara ümid bağlamışdı... Ancaq bir tacir belə ona pul vermədi. Əksinə, onu İsgəndəriyyənin dağıdılmasında və iqtisadi vəziyyətlərinin pisləşməsində günahlandırdılar.
Məhəmməd Kərim ürəyi qırılmış halda Napoleona qayıtdı. Napoleon ona belə dedi:
“Səni bizi öldürdüyün üçün yox, ticarətləri naminə vətənlərinin azadlığından imtina edən qorxaq bir xalq uğrunda həyatını fəda etdiyin üçün edam edəcəyəm".
Məhəmməd Rəşid Rıza belə deyirdi:
“Cahil bir toplum üçün inqilabçı kor bir adamın yolunu işıqlandırmaq üçün özünü yandıran kimsəyə bənzəyir”.
Oxuməni.az