
Özbəkistanın vergi bazasında yaranan nasazlıq səbəbindən 30 milyon dollardan çox vəsait vətəndaşlardan silinib
Özbəkistanın vergi komitəsinin məlumat bazası sistemində texniki nasazlıq baş verib. Təxminən 400 milyard sum (30 milyon dollardan çox) vətəndaşların hesablarından qanunsuz olaraq silinib. İdarənin mətbuat xidmətindən bildirilib ki, pullar tədricən vergi ödəyicilərinin hesablarına qaytarılır.
“Vergi ödəyicilərinin hesablarından silinmiş vəsaitlərin qaytarılması ilə bağlı müvafiq rəylər artıq tam həcmdə xəzinədarlığa göndərilib”, - deyə ölkənin Vergilər Komitəsinin mətbuat xidmətindən bildirilib. Yerli vaxtla saat 18:00-a olan məlumata görə, 20,6 min nəfərin pulu geri qaytarılıb.
Elektron vergi xidmətləri sistemində (my3.soliq.uz) nasazlıq yaranıb. Bu səbəbdən 30,1 min vergi ödəyicisinin pulu silinib. 10 mindən çox adamın hesabları 100 min (7,94 ABŞ dolları) ilə 1 milyon sum (79,89 dollar) arasında dəyişib, mətbuat xidməti aydınlaşdırıb.
Əziz Mustafa