Tusk: Avropa Ukraynanın ərazi güzəştlərini tanımayacaq

Tusk: Avropa Ukraynanın ərazi güzəştlərini tanımayacaq

16:00
Bəyəndim (1) Bəyənmədim (0)

Avropa ölkələri Ukrayna münaqişəsinin Rusiyanın xeyrinə ərazi güzəştləri ilə həllini qəbul etməyəcək, çünki onun güclənməsinə imkan vermək istəmirlər. Bunu jurnalistlərə açıqlamasında Polşanın Baş naziri Donald Tusk deyib.

"Rusiya hakimiyyəti anlamalıdır ki, Qərb, Avropa dövlətləri Rusiyanın şərtlərini qəbul etməyəcək", - Tusk TVP İnfo kanalının yayımladığı mətbuat konfransında deyib. Siyasətçi izah edib ki, söhbət Ukraynanın mümkün ərazi güzəştlərindən gedir. “Biz Rusiyanın bu müharibədən daha da güclü çıxmasına imkan verə bilmərik”, o əlavə edib. Tusk həmçinin vurğulayıb ki, Moskva və Kiyev arasında potensial ərazi mübadiləsi Ukraynasız müzakirə oluna bilməz.

Avqustun 8-də ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton həm Kiyevin ərazi güzəştlərini, həm də Rusiyanın nəzarətinə keçmiş Ukrayna rayonlarının bir hissəsinin Moskvaya qaytarılmasını təklif edir. Bununla bağlı Amerika administrasiyasının rəhbəri xəbərdarlıq edib ki, “Vladimir Zelenski nəyisə imzalamağa hazır olmalıdır”.

Həmin gün Tramp Rusiya prezidenti Vladimir Putinlə avqustun 15-də Alyaskada görüşəcəyini gözlədiyini bildirib. Daha sonra bu danışıqların planlarını Rusiya prezidentinin köməkçisi Yuri Uşakov təsdiqləyib. Onun sözlərinə görə, liderlər Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə nizamlanmasına nail olmaq variantlarının müzakirəsinə diqqət yetirəcəklər. Kreml Putinlə Trampın növbəti görüşünün Rusiya ərazisində baş tutacağını gözləyir, Uşakov aydınlıq gətirib.

Əziz MUSTAFA