
İsrailin Qəzzaya endirdiyi zərbə nəticəsində 5 jurnalist həlak olub
Qətərin “Al Jazeera” telekanalının 5 jurnalisti İsrailin Qəzzaya endirdiyi zərbə nəticəsində həlak olub.
Zərbənin hədəfi Qəzzada xəstəxananın yaxınlığındakı jurnalistlər üçün çadır olub. Ölənlər arasında müxbir Ənəs Əl-Şərif də var. İsrail Müdafiə Qüvvələri onu Fələstinin HƏMAS hərəkatına işləməkdə ittiham edib.
"Jurnalist Ənəs Əl-Şərif 4 həmkarı ilə birlikdə İsrailin Qəzza şəhərində jurnalistlərin olduğu çadıra hədəflənmiş hücumu nəticəsində həlak olub", - telekanalın açıqlamasında deyilir.
Əl-Şərifdən başqa müxbir Mohammed Kreyk və üç operator da öldürülüb.
Kanal qeyd edir ki, çadıra endirilən zərbə nəticəsində ümumilikdə 7 nəfər həlak olub.
Almaz Həsənli
Digər xəbərlər