Türkiyədə zəlzələ: 1 nəfər ölüb, 29 nəfər yaralanıb

Türkiyədə zəlzələ: 1 nəfər ölüb, 29 nəfər yaralanıb

07:45
Bəyəndim (2) Bəyənmədim (0)

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində bir nəfər ölüb, onlarla insan yaralanıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikayanın X sosial şəbəkəsində və TRT Haber telekanalında məlumat yayılıb.

"Həyatını itirən 81 yaşlı qocaya Allahdan rəhmət, yaralılara isə tezliklə şəfa diləyirəm", - nazir yazıb.

O qeyd edib ki, mərhum dağıntılar altından çıxarılıb, lakin həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Yerlikaya əlavə edib ki, zəlzələ nəticəsində 29 nəfər xəsarət alıb, onların vəziyyəti ağır deyil. 16 ev dağılıb, dörd binanın sakinləri təxliyə edilib.

"Həyatını itirən 81 yaşlı qocaya Allahdan rəhmət, yaralılara isə tezliklə şəfa diləyirəm", - nazir yazıb. O qeyd edib ki, mərhum dağıntılar altından çıxarılıb, lakin həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Yerlikay əlavə edib ki, zəlzələ nəticəsində 29 nəfər xəsarət alıb, onların vəziyyəti ağır deyil. 16 ev dağılıb, dörd binanın sakinləri təxliyə edilib.

Xatırladaq ki, avqustun 10-da axşam saatlarında Türkiyədə 6,1 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin episentri Balıkesir vilayətinin Sindirgi rayonunda, ocağı 11 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar İzmir, İstanbul və ölkənin bir sıra digər yaşayış məntəqələrində hiss olunub.

Əziz MUSTAFA