Ərəb ölkələri HƏMAS-ı  Qəzzada hakimiyyətdən əl çəkməyə çağırıb

Ərəb ölkələri HƏMAS-ı Qəzzada hakimiyyətdən əl çəkməyə çağırıb

31 İyul 12:24
Bəyəndim (3) Bəyənmədim (0)

Avropa İttifaqı və Ərəb Liqasının üzvü olan 17 ölkə Fələstinin radikal HƏMAS hərəkatını Qəzza zolağında hakimiyyətdən əl çəkməyə çağırıb. Bu barədə “France 24” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, ölkələr BMT-nin konfransı zamanı İsrail və Fələstin üçün iki dövlətin yaradılması prosesinin bərpası ilə bağlı razılaşdırılmış bəyannaməni dəstəkləyib. Sənədi digər məsələlərlə yanaşı, Qətər, Səudiyyə Ərəbistanı və Misir də təsdiqləyib.

Bəyannamədə deyilir: “Qəzzada müharibənin sona çatması kontekstində HƏMAS Qəzza zolağındakı hakimiyyətinə son qoymalı və suveren və müstəqil Fələstin dövlətinin yaradılması məqsədinə uyğun olaraq beynəlxalq iştirak və dəstək ilə silahlarını Fələstin Muxtariyyətinə təhvil verməlidir”.

İyulun 28-də “The Times” qəzeti Böyük Britaniyanın baş naziri Kir Starmerin bu həftə Fələstin dövlətinin tanınması yolunu açıqlayacağını yazıb. Qəzetin yazdığına görə, bu addım Britaniyanın baş nazirinin rəhbərlik etdiyi hakim Leyboristlər Partiyasının təzyiqlərinin artması ilə bağlıdır.

İyulun 30-da Fələstinin Avstriyadakı səfiri və BMT-nin Vyanadakı daimi müşahidəçisi Salah Abdel Şafi bildirib ki, ölkə daha çox ölkənin onu bir dövlət kimi tanımasını gözləyir, həmçinin İsrailə təzyiqlərin artacağını gözləyir. Diplomat vurğulayıb ki, bütün bu proseslər atəşkəs nəzərə alınmaqla baş verməlidir.

Əziz Mustafa