
Fransa Trampdan konyak və şampanı ABŞ rüsumlarından azad etməyi xahiş edib
Fransa ABŞ prezidenti Donald Trampdan konyak və şampanı rüsumdan azad etməyi xahiş edib. Bu barədə “Financial Times” xəbər verir.
Nəşr Fransanın xarici ticarət naziri Loran Sen-Martenə istinadən yazır ki, tərəflər güclü spirtli içkilərə rüsumların ləğvi məsələsində irəliləyiş əldə ediblər.
Məqalə müəllifləri yazır ki, Paris də şərab və şampan da daxil olmaqla, aşağı alkoqollu içkilərə rüsumların ləğvi ilə bağlı danışıqlar aparır.
Qeyd edək ki, Fransanın alkoqol ixracının təxminən üçdə biri ABŞ-a gedir.
İyulun 27-də Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə görüşdən sonra Tramp ABŞ-a idxal edilən bütün Avropa mallarına rüsumun 15% olacağı, Aİ-nin isə Amerika mallarına rüsum tətbiq etməyəcəyi barədə razılığa gəldiyini açıqladı. Tramp aydınlaşdırıb ki, ümumi 15% dərəcəsi bir sıra məhsullara şamil edilmir.
Almaz Həsənli