
Ukrayna Latviyadan 42 zirehli transportyor alacağını gözləyir
Ukrayna Latviyadan 42 “Patria” zirehli transportyoru almağı gözləyir. Bu barədə respublikanın Müdafiə Nazirliyinin rəhbəri Denis Şmıxal məlumat verib.
"Latviyanın müdafiə naziri Andris Spruds ilə biz müdafiə qüvvələrinin ehtiyaclarını, Ukrayna üçün pilotsuz təyyarələrin birgə istehsalını və müdafiə məsələləri üzrə təmas qrupunun son iclasının razılaşmalarını müzakirə etdik", - nazir bildirib.
Şmıxal latviyalı həmkarına Latviyanın “müdafiə qabiliyyətinin gücləndirilməsinə” verdiyi töhfəyə, o cümlədən pilotsuz uçuş aparatlarının (PUA) təhvil verilməsinə və 42 Patria 6x6 zirehli personal daşıyıcısının verilməsinə dair son qərara görə təşəkkür edib. Ukrayna Müdafiə Nazirliyinin rəhbərinin sözlərinə görə, ilk partiya artıq ölkəyə çatdırılıb.
Bundan əvvəl Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeyev demişdi ki, Kiyev Almaniyanın uzaqmənzilli “Taurus” raketlərinin təchizatının olmamasından məyus olub.
Əziz Mustafa