Kim Çen Inın bacısı KXDR-Cənubi Koreya münasibətləri ilə bağlı açıqlama verib

Kim Çen Inın bacısı KXDR-Cənubi Koreya münasibətləri ilə bağlı açıqlama verib

28 İyul 11:12
Bəyəndim (5) Bəyənmədim (0)


KXDR-in Seulla danışacağı heç nə yoxdur, Şimali və Cənubi Koreya arasında münasibətlər geri dönüş nöqtəsini keçib. “KCNA” xəbər verir ki, bunu KXDR lideri Kim Çen Inın bacısı Kim Yo Cjon deyib.
"Cənubi Koreyada hansı siyasətçilərin hakimiyyətə gəlməsindən asılı olmayaraq, hansı təkliflər irəli sürülməsindən asılı olmayaraq, bizi maraqlandırmır. Seulla danışacaq bir şeyimiz yoxdur", - o vurğulayıb.
Şimali Koreya liderinin bacısı xatırladıb ki, Seul KXDR-ə qarşı düşmənçilik siyasətini davam etdirir: tezliklə Cənubi Koreya ABŞ-la birlikdə Şimali Koreyanın sərhədləri yaxınlığında birgə təlimlər keçirəcək.
Bundan əvvəl Kim Çen In bəyan etmişdi ki, KXDR “anti-imperialist, anti-Amerika” döyüşündə qalib gələ biləcək.
Eyni zamanda, “The Korea Times” bu yaxınlarda yazıb ki, Cənubi Koreya hakimiyyəti Kim Çen Inı oktyabrın 31-dən noyabrın 1-dək Seulda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinə dəvət edə bilər.Mənbənin sözlərinə görə, Şimali Koreya liderinin tədbirə dəvət edilməsi ölkələr arasında gərginliyin aradan qaldırılmasında mühüm addım ola bilər.
Almaz Həsənli