Aİ Rusiya qazının mərhələli şəkildə dayandırılmasını sürətləndirə bilər

Aİ Rusiya qazının mərhələli şəkildə dayandırılmasını sürətləndirə bilər

26 İyul 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Parlamenti Aİ-nin Rusiya qazından mərhələli şəkildə imtinasını bir il - 2027-ci ilin yanvarına qədər sürətləndirmək təkliflərini nəzərdən keçirir. Bu barədə “Reuters” xəbər verir.

Xəbər verildiyi kimi, Aİ ölkələri Avropa Komissiyasının 2028-ci il yanvarın 1-dək Rusiya qazının idxalını tamamilə dayandırmaq barədə qanuni təklifi əsasında Rusiya qazının idxalına qadağa qoyulması planı üzrə danışıqlara hazırlaşır.

Eyni zamanda, Avropa Parlamentinin deputatları Rusiya qazının qadağan edilməsi məsələsi ilə bağlı bu müddətin 2027-ci il yanvarın 1-nə təxirə salınmasını təklif ediblər. Bunu Avropa Komissiyasının təklifinə onların düzəlişlərini təfərrüatlandıran sənədlər sübut edir.

“Reuters”in mənbələrinə görə, bloka daxil olan ölkələrin hökumətləri çətin ki, Rusiya qazına qoyulan qadağanı bir il əvvəl təxirə salmağa razılaşsınlar, lakin Aİ qanunvericiləri danışıqlarda digər dəyişiklikləri təmin etmək üçün bu tələbdən rıçaq kimi istifadə edə bilərlər.

Xüsusilə, onlar hökumətləri qadağanı pozan şirkətlərə qarşı sanksiyalar tətbiq etməyə, o cümlədən enerji ticarəti üçün lisenziyaları ləğv etməyə məcbur etməyi təklif edirlər.
Xatırladaq ki, Avropa Komissiyası 2027-ci ilin sonuna qədər Rusiya qazının idxalına qadağa qoyulması planını təqdim edib. Eyni zamanda, ayrı-ayrı ölkələr bu təşəbbüsün qarşısını ala bilməz.

Əziz Mustafa