Böyük Britaniya  Fələstin dövlətini tanımağa hazrlaşır

Böyük Britaniya Fələstin dövlətini tanımağa hazrlaşır

26 İyul 11:23
Bəyəndim (0) Bəyənmədim (0)


Böyük Britaniya Qəzza zolağında sülhün bərqərar olması planı üzərində işləyir. Onun məqamlarından biri Fələstin dövlətinin müstəqilliyinin tanınmasıdır. Bunu ölkənin baş naziri Kir Starmer bildirib.

O qeyd edib ki, ən yaxın müttəfiqləri ilə birlikdə Yaxın Şərq anklavında sülhün bərqərar olması planı üzərində işləyir və diqqəti "bu müharibədən əziyyət çəkənlərin həyatını həqiqətən də dəyişdirəcək" praktik həllər üzərində cəmləşdirir. Hökumət başçısının sözlərinə görə, Fələstinin müstəqilliyinin tanınması bu addımlardan biri olmalıdır.

Starmer, "Mən buna tamamilə əminəm. Lakin bu, son nəticədə iki dövlətli həllə və fələstinlilər və israillilər üçün davamlı sülhə aparan daha geniş planın bir hissəsi olmalıdır" dedi.
Cümə axşamı, iyulun 24-də Fransa prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının payız sessiyası zamanı Fransanın Fələstin dövlətinin müstəqilliyini tanımasını istisna etməyib. İsrailin baş naziri Benyamin Netanyahu Parisin bu cür niyyətlərini sərt şəkildə tənqid edib.

ABŞ dövlət katibi Marko Rubio da bu cür planları emosional şəkildə pisləyib.

Mətbuatda yayılan məlumatlara görə, Britaniya hökuməti və Makron Fələstinin müstəqilliyini də tanıması üçün Starmerə təzyiq göstərdiyi iddia edilir. Britaniyalı nazirlərdən biri hökumətin Fələstin dövlətini tanımağı planlaşdırdığını bildirib, lakin konkret müddət göstərməyib.

Əziz Mustafa