
Rumıniya İsraildən qısa mənzilli hava hücumundan müdafiə sistemləri alacaq
Rumıniya İsrailin "Rafael Advanced Defence Systems" şirkəti ilə 2,3 milyard avro dəyərində qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin alınmasına dair çərçivə sazişi imzalayıb.
Bu saziş tərəflərə əlavə üç müqavilə imzalamağa imkan verəcək. Müqaviləyə əsasən Buxarest altı hava hücumundan müdafiə sistemi ala biləcək. Lakin hansı sistemlərdən söhbət getdiyi açıqlanmır.
Müqavilələrin şərtlərinə, həmçinin hava hücumundan müdafiə sistemlərindən istifadə üzrə hərbçilər üçün təlimlər, döyüş sursatlarının tədarükü və maddi-texniki təminat daxildir.
İlk iki hava hücumundan müdafiə sisteminin ilk müqavilənin imzalanmasından sonra üç il ərzində Rumıniyaya çatması gözlənilir. Çərçivə sazişi yeddi il müddətinə nəzərdə tutulub.
Əziz Mustafa
Digər xəbərlər