
İsrail Suriya Təhlükəsizlik Qüvvələrinə Əs-Suveyda əməliyyatı üçün 48 saat vaxt verəcək
“The Times of Israel” İsrail rəsmisinə istinadən xəbər verir ki, İsrail Suriyanın “daxili təhlükəsizlik qüvvələrinə” ölkənin cənubunda davam edən iğtişaşlar səbəbindən Əs-Suveyda bölgəsinə 48 saatlıq girməyə icazə verib.
Xatırladaq ki, yerli druz qüvvələri ilə atəşkəs haqqında razılaşma əldə edildikdən sonra Suriya hökumət qoşunları ərazidən geri çəkilib.
Lakin az sonra druzlarla bədəvilər arasında toqquşmalar yenidən başlayıb. Suriya prezident administrasiyası druz silahlılarını atəşkəsi pozmaqda ittiham edib.
İyulun 18-də Suriya Daxili İşlər Nazirliyinin sözçüsü bildirib ki, Suriya təhlükəsizlik qüvvələri druzlarla bədəvilər arasında qarşıdurmanı yatırmaq üçün Əs-Suveyda bölgəsinə yenidən yerləşdirilməyə hazırlaşır.
Almaz Həsənli
Digər xəbərlər