Macarıstan səfərbərliyə cavabdeh olan üç ukraynalıya qadağa qoyub

Macarıstan səfərbərliyə cavabdeh olan üç ukraynalıya qadağa qoyub

08:48
Bəyəndim (0) Bəyənmədim (0)

Macarıstan Ukraynada səfərbərlik fəaliyyətinə cavabdeh olan üç ukraynalı yüksək rütbəli məmurun öz ərazisinə daxil olmasını qadağan edib, Macarıstanın xarici işlər naziri Peter Szijjarto cümə axşamı bildirib. Siyarto X sosial şəbəkəsində yazıb: “Macarıstan məcburi hərbi xidmətə çağırışa görə məsuliyyət daşıyan üç yüksək rütbəli Ukrayna məmurunun öz ərazisinə daxil olmasını qadağan edib”.

Siyarto bildirib ki, bu məhdudlaşdırıcı tədbirlər Ukrayna quru qoşunlarının şəxsi heyətlə bağlı məsələlərə cavabdeh olan komandirlərindən birinə, Qərb Əməliyyat Komandanlığının komandirinə və Müdafiə Nazirliyinin səfərbərliyə cavabdeh olan əməkdaşına tətbiq edilib. O, bu şəxslərin adlarını çəkməyib. Onların qara siyahıya salınmasına səbəb Ukraynada ikili vətəndaşlığı olan (Macarıstan və Ukrayna) bir nəfərin onu orduda xidmətə məcbur etmək cəhdinə müqavimət göstərərək həlak olması olub. Kişi aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Siyarto bildirib ki, Macarıstan Xarici İşlər Nazirliyi Ukrayna səfirini Ukraynanın Zakarpatya bölgəsində yunan katolik kilsəsinin yandırılması ilə əlaqədar çağırıb. Macarıstan Ukraynadan hadisə ilə bağlı dərhal araşdırmaya başlamağı tələb edib. Siyarto bir gün əvvəl bildirib ki, Macarıstan məcburi səfərbərlik cəhdi zamanı Macarıstan vətəndaşının ölümü ilə əlaqədar Ukrayna Müdafiə Nazirliyi və Ukrayna Silahlı Qüvvələri komandanlığının rəsmilərinə qarşı sanksiyaların tətbiqi ilə bağlı Aİ-yə təklif təqdim edib.

Əziz Mustafa