“Əgər ana dilin tatar dilidirsə, deməli Vətən səninlə hesablaşmır?

“Əgər ana dilin tatar dilidirsə, deməli Vətən səninlə hesablaşmır?

17 İyul 16:27
Bəyəndim (6) Bəyənmədim (0)

Rusiya məktəblərində ibtidai siniflərdə milli dillərin tədrisi saatlarının sayı həftədə ikidən birə endiriləcək.

Oxuməni.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası Təhsil Nazirliyinin yeni əmrinə istinadən Tatarıstan Dövlət Şurasının deputatı İlşat Aminov məlumat verib.

Bu gün Tatarıstan Dövlət Şurasının iclasında deputatlar Federal Dövlət Təhsil Standartına dəyişikliklərlə bağlı Təhsil Nazirliyinin fərmanına diqqət yetiriblər. Sentyabrın 1-dən “ana dili” anlayışı “Rusiya Federasiyası xalqının dili”nə dəyişdiriləcək və birinci siniflərdə onun öyrənilməsi saatları həftədə ikidən birə endiriləcək. Yeniliklər dövlət dili siyasətinin prinsipləri layihəsinin və tezliklə Rusiya Federasiyasının prezidentinə təqdim edilməli olan “Rusiya Federasiyası xalqlarının dilləri haqqında” qanun layihəsinin hazırlanması çərçivəsində tətbiq edilir.

"Biz həm rus, həm də tatar dilini ana dilləri hesab edirik. Rusiya Federasiyası xalqlarının digər dillərini də. Tamamilə əsassız olaraq cəmiyyətə qarşıdurma təlqin edilir", - o, Dövlət Şurasının iclasında çıxış edərkən deyib.

Deputat belə mühüm qərarların “gizli və geniş müzakirəsiz” qəbul edilməsindən hiddətlənib və bu məsələnin parlamentin nəzarətinə götürülməsini təklif edib. Aminov mümkün addım kimi Rusiya Federasiyasının Konstitusiya Məhkəməsinə müraciət etməyi istisna etməyib.

Dövlət Şurasının deputatı Kamil Nuqayev də analoji qəzəbi ifadə edib: - Mən rusca düşünürəm, amma özümü tatar hesab edirəm. Kim dedi ki, ana dilin rus deyil, tatar dilidirsə, Vətən səni saymır? Bu cəfəngiyatdır! Və heç kim bunu dəyərləndirməyib.

Almaz Həsənli