
38 yaşlı çinli məharətlə özünü qadın kimi göstərib və 1691 kişi ilə yatıb
Çində Nankin sakini qadın adı altında yüzlərlə kişi ilə yatıb, macəralarını gizli şəkildə lentə aldığı üçün həbs edilib. Bu barədə “South China Morning Post” məlumat yayıb.
Soyadı Çjyao olan 38 yaşlı məhbus tanışlıq proqramlarında özünü evli qadın kimi göstərib. Honq-Konqun “The Standard” nəşrinə görə, bu, nikahdankənar münasibətləri sevənləri cəlb edə bilərdi ki, onların maskalı kişi ilə münasibət qurduqlarından xəbəri olmayıb. Çjyao özü 1691 cinsi partnyorunun olduğunu iddia edib. Onların arasında kollec tələbələri, gənc mütəxəssislər, idman zalı işçiləri və əcnəbilərin olduğu məlumdur.
Ünsiyyət qurarkən Çjyao makiyajdan, pariklərdən və səsi dəyişdirən proqramlardan məharətlə istifadə edib. O, taliblərindən yalnız süd və ya meyvə kimi kiçik hədiyyələr gözləyirdi. Eyni zamanda, baş verənlərin hamısı onun mənzilində quraşdırılmış gizli kamera tərəfindən lentə alınıb. Görüntülər 150 yuana (təxminən 36 manat-red.) başa gələn qapalı onlayn qrupda satılırdı.
Videolar sızandan sonra internetdə Çjyao ilə görüşən kişilərin üzlərinin fotoları yayılmağa başlayıb. Zərərçəkənlərdən bəziləri özlərini onlarda tanıyıb və polisə müraciət ediblər. Digərləri isə dostları və qohumları tərəfindən müəyyən edilib. Məsələn, bir qadın Çjyaonun ziyarətçilərindən birində nişanlısını tanıyıb. Digəri şəkillərdə uşaq bağçasında ingilis dili müəllimi işləyən oğluna diqqət çəkib.
Əxlaqsız materiallar yaydığına görə Çjyaonu iki ilə qədər həbs cəzası gözləyir.
Almaz Həsənli