
Tramp Ukraynaya Rusiyaya qarşı ATACMS raketlərindən istifadə etməyə icazə verə bilər
ABŞ prezidenti Donald Tramp Ukraynaya Rusiya ərazilərinin dərinliklərinə zərbələr endirmək üçün ATACMS raketlərindən istifadə etməyə icazə verə bilər. Bu barədə Amerikanın “The Washington Post” qəzeti yazır.
"Tramp qeyd etməyib ki, hərbi yardım həm də güclü yeni hücum silahından istifadə icazəsini də əhatə edə bilər. Qərarda iştirak edən mənbə bildirib ki, icazəyə, çox güman ki, hazırda Ukraynada olan 18 uzaqmənzilli ATACMS raketindən istifadə icazəsi də daxildir", - nəşr yazır.
Qeyd edilir ki, bu raketlər Moskva və ya Sankt-Peterburqa çatmayacaq, Rusiyanın dərinliklərində yerləşən hərbi bazalara, aerodromlara və anbarlara zərbə endirəcək.
Tramp yaxın 50 gün ərzində Ukrayna ilə bağlı irəliləyiş olmadığı təqdirdə Rusiya ilə ticarət edən ölkələrdən idxala 100%-ə qədər rüsum tətbiq edəcəyinə söz verib. Avropada bu addımlar kifayət sayılmadı və Vaşinqtonun mövcud bütün sanksiya potensialından istifadə etməməsindən məyusluq ifadə edildi.
Eyni zamanda o, Avropadakı müttəfiqlər tərəfindən maliyyələşdirilən 17 Patriot hava hücumundan müdafiə sisteminin Avropada yerləşdirilməsi üçün Ukraynaya təhvil verildiyini açıqlayıb.
Səs-küylü bəyanata baxmayaraq, Avropa paytaxtlarının reaksiyası və Vaşinqtondakı ab-hava məyusluğu qabarıq şəkildə əks etdirir - "elan gözləniləndən daha təvazökar oldu", Almaniyanın "Spiegel" jurnalı yazır.
Almaz Həsənli