
Berlində 15 qətlə görə həkimin məhkəməsi başlayır
Bazar ertəsi Almaniya paytaxtında ən azı 15 xəstəni öldürməkdə ittiham olunan palliativ yardım həkiminin məhkəməsi başlayıb. İşə 2026-cı il yanvarın 28-dək 35 dinləmə təyin edən Berlin Regional Məhkəməsində baxılır.
İstintaqın məlumatına görə, 40 yaşlı kişi 2021-ci ilin sentyabrından 2024-cü ilin iyuluna qədər xəstələri öldürüb, onlara anestezik və əzələ gevşetici iynə vurub. Sonuncu tənəffüs əzələlərinin iflicinə, sonra isə tənəffüsün dayanmasına və ölümünə səbəb oldu. İlk və ən gənc qurbanın 25, ən yaşlısının isə 94 yaşı var idi. Hazırda hüquq-mühafizə orqanları daha 75 şübhəli faktla bağlı araşdırma aparır, ona görə də qurbanların sayının daha çox ola biləcəyi istisna edilmir.
Prokurorluq hesab edir ki, həkim köməksiz vəziyyətdə olduğunu bildiyi insanları öldürməklə “alçaq motivlərdən” çıxış edib. Şübhəli şəxs 2024-cü ilin avqust ayından istintaq təcridxanasındadır.
Əziz Mustafa