Fransa qarşıdakı iki il ərzində müdafiə xərclərini 64 milyard avroya çatdıracaq

Fransa qarşıdakı iki il ərzində müdafiə xərclərini 64 milyard avroya çatdıracaq

14 İyul 16:00
Bəyəndim (1) Bəyənmədim (0)


Fransa prezidenti Emmanuel Makron ölkəsinin qarşıdakı illərdə hərbi xərclərin artırılmasını sürətləndirəcəyini bildirib. 2027-ci ildə müdafiə ehtiyacları üçün 64 milyard avro ayrılacaq. BFMTV xəbər verir ki, bu, 2017-ci ilin göstəricisindən iki dəfə çoxdur, dövlət başçısı əlavə edib.

“2030-cu ilə qədər hərbi büdcəni iki dəfə artırmağı planlaşdırsaq da, bunu 2027-ci ilə qədər edəcəyik”, - o, ölkənin silahlı qüvvələrinə müraciətində deyib. 2026-cı ildə müdafiəyə 3,5 milyard avro, 2027-ci ildə isə daha 3 milyard avro ayrılacaq”.

Makron mərmi ehtiyatlarının artırılmasının, çoxsaylı buraxılış raket sistemlərinin və yüksək dəqiqlikli silahların təkmilləşdirilməsinin və hərbçilərin daha çox sayda pilotsuz uçuş aparatları ilə təmin edilməsinin vacibliyinə diqqət çəkib. Bundan əlavə, dövlət başçısı hava hücumundan müdafiə sisteminin gücləndirilməsinə və kosmosda imkanların artırılmasına çağırıb. "1945-ci ildən azadlıq indiki kimi təhlükə altında olmayıb", - prezident əlavə edib.

2024-2030-cu illər üçün hərbi proqramlaşdırma haqqında qanun Fransanın müdafiə büdcəsinin hər il 3 milyard avro artırılmasını nəzərdə tutur. Fransanın 2025-ci il büdcəsində müdafiə xərclərinə 50,5 milyard avro daxildir.

Əziz Mustafa