Rusiya Dövlət Duması miqrantlar üçün dövlət rüsumlarının artırılması haqqında qanuna baxmağa hazırlaşır

Rusiya Dövlət Duması miqrantlar üçün dövlət rüsumlarının artırılması haqqında qanuna baxmağa hazırlaşır

14 İyul 12:12
Bəyəndim (4) Bəyənmədim (0)

Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün Telegram kanalında Rusiyaya gələn xarici vətəndaşlara nəzarətin gücləndirilməsinə yönəlmiş yeni tədbirləri açıqlayıb. Yaxın vaxtlarda deputatlar miqrantlar üçün əlavə dövlət rüsumlarının tətbiqini nəzərdə tutan bir sıra qanun layihələrini nəzərdən keçirməyə başlayacaqlar.

Təkliflər arasında patentin verilməsi və ya yenidən rəsmiləşdirilməsi, habelə iş icazəsinin müddətinin uzadılması üçün 4200 rubl (təxmin.91 manat.-red) məbləğində rüsumun müəyyən edilməsi də var. Bu sənədlərin dublikatını almaq və ya onlara dəyişiklik etmək üçün 2100 rubl (təxmin.45 manat.-red) rüsum nəzərdə tutulur.

Bundan əlavə, aşağıdakılar üçün ödənişlərin tətbiqi və ya artırılması planlaşdırılır:

  • Müvəqqəti olduğu yer üzrə qeydiyyata alınma,
  • Yaşayış yeri üzrə qeydiyyat,
  • Müvəqqəti qalma müddətinin uzadılması,
  • Nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətləri.

Volodinin sözlərinə görə, miqrantların əksəriyyəti Rusiyaya pul qazanmaq üçün gəlir. İnzibati nəzarətin gücləndirilməsi və rüsumların artırılması, spikerin fikrincə, təkcə büdcəni doldurmayacaq, həm də miqrasiya proseslərinin şəffaflığını artıracaq, eləcə də qeyri-qanuni miqrasiyanın səviyyəsini azaldacaq.

"Biz bu istiqamətdə işimizi davam etdiririk", - Vyaçeslav Volodin vurğulayıb.

Almaz Həsənli