Fələstinli həkimlər Qəzzada gedən döyüşlər zamanı 58 mindən çox insanın öldüyünü bildirirlər

Fələstinli həkimlər Qəzzada gedən döyüşlər zamanı 58 mindən çox insanın öldüyünü bildirirlər

11:23
Bəyəndim (3) Bəyənmədim (0)


2023-cü ilin oktyabr ayından İsrailin zərbələri nəticəsində Qəzza zolağında 58 mindən çox insan həlak olub, EFE agentliyi bazar günü Fələstinin tibb xidmətlərinin məlumatlarına istinadən məlumat yayıb.

Onların məlumatına görə, bu müddət ərzində Qəzzada ümumilikdə 58 026 nəfər ölüb, 138 000-dən çox insan isə yaralanıb.
Qəzzada Qırmızı Xaç işçiləri İsrail ordusunun atəşi nəticəsində yaralanıb

Tibbi ekspertlərin məlumatına görə, son 24 saat ərzində Qəzza zolağında ən azı 134 nəfər həlak olub.

İsrail 2023-cü il oktyabrın 7-də Fələstin silahlılarının İsrail ərazisinə hücumuna cavab olaraq Qəzza zolağında hərbi əməliyyat keçirir.

İsrail tərəfi Qəzzada ölənlərin sayı ilə bağlı Fələstinin tibbi məlumatlarının düzgünlüyünü dəfələrlə şübhə altına alıb.

Əziz Mustafa