
Pekin Rusiya ilə birlikdə ŞƏT-i yeni səviyyəyə qaldırmağa hazır olduğunu bəyan edib
Çin Rusiya ilə birlikdə Şanxay Əməkdaşlıq Təşkilatını (ŞƏT) yeni səviyyəyə qaldırmağa hazırdır, Çinin xarici işlər naziri Vanq Yi Pekində rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı bildirib. Onun sözləri XİN-in saytında yer alıb.
“Biz Rusiya və digər üzv dövlətlərlə birlikdə bütün sahələrdə əməkdaşlığı gücləndirməyə və ŞƏT-in tikintisini yeni səviyyəyə qaldırmağa hazırıq”, - deyə o bildirib.
Onun sözlərinə görə, ŞƏT strateji tərəfdaşlığın təşviqində, çoxtərəflilik prinsiplərinin dəstəklənməsində, qlobal Cənub ölkələri arasında həmrəyliyin və praktiki əməkdaşlığın gücləndirilməsində əsas rol oynayır.
Nazir vurğulayıb ki, Pekin digər iştirakçılarla birlikdə təşkilatın gələcək inkişafı üçün strateji təlimatlar formalaşdırmaq niyyətindədir.
Van Yi xatırladıb ki, 2025-ci ildə Çin Yaponiya ilə müharibədə Qələbənin 80-ci ildönümünü qeyd edəcək. O, Rusiyanı İkinci Dünya Müharibəsinin başa çatması ilə bağlı birgə tədbirlər keçirməyə çağırıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, Lavrov və Vanq Yi şəxsi görüş zamanı Ukrayna böhranının BMT Nizamnaməsi prinsiplərinə uyğun həlli perspektivlərini müzakirə ediblər. Nazirlər digər aktual mövzuları da müzakirə ediblər: ABŞ-la münasibətlər, İran-İsrail münaqişəsi və Koreya yarımadasındakı vəziyyət. Bundan əlavə, həmkarlar Rusiya-Çin əməkdaşlığının müsbət dinamikasından məmnunluq ifadə ediblər.
Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Rusiya və Çin arasındakı münasibətləri dünyaya “ən böyük çağırış” adlandırmışdı.
Əziz Mustafa