Paris və London miqrantlarla mübarizə üçün yeni plan hazırlayıb

Paris və London miqrantlarla mübarizə üçün yeni plan hazırlayıb

12:12
Bəyəndim (0) Bəyənmədim (0)


Fransa və Böyük Britaniya La-Manş boğazında qaçaqmalçılarla mübarizə üçün yeni plan hazırlayıb.
Fransa prezidenti Emmanuel Makronun Böyük Britaniyaya dövlət səfərinin mühüm nəticələrindən biri immiqrantların qəbulu və deportasiyası ilə bağlı yeni qaydalar haqqında razılaşma olub. Böyük Britaniyanın baş naziri Kir Starmerin birgə mətbuat konfransında söz verdiyi kimi, bundan sonra “qayıqla gələn miqrantlar saxlanılacaq və tezliklə Fransaya qaytarılacaq”. Lakin bunun müqabilində London ölkədə yaşamaq üçün qanuni əsasları olan insanları qəbul etməyi öhdəsinə götürüb. “Kommersant”ın Fransadakı müxbiri Aleksey Tarxanov şübhə edir ki, Fransa sahillərindən La-Manş boğazı ilə qeyri-qanuni axını dayandırmaq üçün edilən son cəhd xüsusilə təsirli olacaq.
Əziz Mustafa