Ukraynada yerləşdiriləcək kontingent 50 min nəfərə qədər olacaq

Ukraynada yerləşdiriləcək kontingent 50 min nəfərə qədər olacaq

11 İyul 11:22
Bəyəndim (4) Bəyənmədim (0)


Atəşkəsdən sonra Ukraynaya mümkün yerləşdirmə üçün Fransa-Britaniya hərbi kontingenti 50 min nəfərə qədər olacaq. RİA Novosti xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Böyük Britaniyanın baş naziri Key Starmerlə birgə mətbuat konfransında bildirib.

"Biz bu birləşmiş qüvvələrin sayını briqada səviyyəsindən ordu korpusu səviyyəsinə qədər artırırıq, yəni onlar böyük toqquşmada iştirak edə biləcək 50 minə qədər hərbçi təşkil edə biləcəklər", - Fransa lideri bildirib.

Makron qeyd edib ki, birgə qüvvələr digər avropalı tərəfdaşları da daxil edə biləcək və NATO-nun istifadəsinə veriləcək.

Fransa prezidenti vurğulayıb ki, bu “Fransa-Britaniya birgə ekspedisiya qüvvəsi” Ukraynada atəşkəsə zəmanət verəcək gələcək beynəlxalq qüvvələrin əsasını təşkil etmək niyyətindədir. Makron və Starmer diplomatik işlərlə paralel olaraq Rusiyaya təzyiqin davam etdirilməsinin vacibliyini də vurğulayıblar. Britaniya hökuməti başçısının sözlərinə görə, Ukraynada Avropa sülhməramlı kontingentləri üçün layihələr uzun inkişaf dövründən sonra nəhayət ki, konkret konturlar əldə edib. Makron əlavə edib ki, bu təşəbbüslər atəşkəs əldə edildikdən sonra praktiki fəaliyyətə keçməyə hazırdır.

Əziz Mustafa