
Sincan Uyğur Muxtariyyətinin məmuru rüşvətxorluğa görə ölüm cəzasına məhkum edilib
İyulun 9-da Lyuçjou şəhərinin (Quansi Çjuan Muxtar Bölgəsi) İkinci Xalq Məhkəməsi Sintszyan-Uyğur Muxtar Bölgəsi Xalq Siyasi Məşvərət Konfransının keçmiş sədr müavini Dou Vanquini rüşvətxorluqda təqsirli bilib. Bu barədə Sinxua agentliyi məlumat yayıb. O, iki il möhlətlə edam cəzasına məhkum edilir, ömürlük siyasi hüquqlarından məhrum edilir, bütün şəxsi əmlakı müsadirə olunur.
Dou Vanguin rüşvətxorluqla bağlı 2024-cü ilin martında nəzarətə götürülmüşdü.Onun barəsində araşdırmalara başlanılmış və həmin ilin oktyabrında həbs edilmişdi. Məhkəmə müəyyən edib ki, müttəhim 19 il ərzində (2003-2022) korrupsiya cinayətləri törədib. Sincanda müxtəlif rəhbər vəzifələrdə o, öz səlahiyyətlərindən podratçılıq, mədənçilik, korporativ biznes fəaliyyəti və karyera yüksəlişi ilə məşğul olan qurumlara və şəxslərə fayda vermək üçün istifadə edib. Ümumilikdə onun bu sahədəki qeyri-qanuni gəliri 229 milyon yuan (demək olar ki, 32 milyon dollar) qiymətləndirilir.
Məhkəmə qərarından belə çıxır ki, vəzifəli şəxsin təqsirini boynuna alması, peşman olması, qanunsuz yolla əldə etdiyi vəsaitin qaytarılması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınıb.
Əziz Mustafa