
Ukrayna 20 ölkədə səfirlərini dəyişməyi planlaşdırır
Ukrayna hakimiyyəti ABŞ-da, həmçinin G7 və G20 ölkələrindəki 20-yə yaxın səfirini dəyişdirmək niyyətindədir. Bu barədə “Obşçestvennoye” ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Andriy Sıbiqaya istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Sıbiqa Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarovanı “ən uğurlulardan biri” adlandırıb və səfirlik işçilərinin rotasiyasının “diplomatiya üçün yeni nəfəs” olduğunu vurğulayıb.
İyulun 8-də Britaniyanın “Financial Times” qəzeti yazıb ki, Zelenski ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı səfir Oksana Markarovanı Vaşinqtondan geri çağırmağa söz verib. Nəşrin yazdığına görə, Markarova ABŞ Demokratlar Partiyasına yaxındır və respublikaçılar tərəfindən tənqid edilib. Buna görə də səfirin vəzifəsindən kənarlaşdırılması Kiyevə silah tədarükünün dayandırılması zamanı Zelenskinin ABŞ prezidentini sakitləşdirmək cəhdi olacaq. Daha sonra baş nazirin Avropaya inteqrasiya üzrə müavini və Ukraynanın ədliyyə naziri Olha Stefanişina bildirib ki, onunla heç kim ABŞ-da səfir postuna mümkün təyinatı müzakirə etməyib.
Əziz Mustafa