Marsel hava limanı meşə yanğınları səbəbindən bağlanıb

Marsel hava limanı meşə yanğınları səbəbindən bağlanıb

10:00
Bəyəndim (4) Bəyənmədim (0)

Fransanın cənubundakı Marsel şəhərinin kənarında baş verən meşə yanğını yerli hava limanının bağlanmasına və sakinlərin təxliyəsinə səbəb olub, çərşənbə axşamı France 24 telekanalı məlumat yayıb.

Marsel hava limanının nümayəndəsi telekanala bildirib ki, hava limanı çərşənbə axşamı günortadan bəri reyslər göndərmir və qəbul etmir; açılış tarixi məlum deyil. Bəzi təyyarələr Nitsa və digər yaxınlıqdakı hava limanlarına yönləndirilir.

Marseldən 13,5 km şimalda yerləşən Le Pin-Mirabeau kommunasında evakuasiya elan edilib. Yanğının söndürülməsi sürəti 70 km/saatı keçən küləyin əsməsi ilə çətinləşir.

Marselin mərkəzi olduğu Provans-Alp-Kot d'Azur bölgəsinin səlahiyyətliləri yerli sakinləri evlərini tərk etməməyə, qapıları və jalüzləri bağlamamağa, təcili yardım xidmətlərinə maneəsiz çıxışı təmin etməyə çağırıb. Hadisə şahidlərinin sözlərinə görə, yanğından tüstü şəhər hüdudlarında hiss olunur.

Bundan əvvəl Fransa mətbuatı ölkənin cənubunda Aude departamentində başlayan yanğınlar barədə məlumat yayıb. Yanğınların söndürülməsinə 1000-dən çox yanğınsöndürən cəlb olunub, ixtisaslaşmış təyyarələrdən istifadə edilir. Yanğınla əlaqədar yaxınlıqdakı magistral yollarda məhdudiyyətlər tətbiq edilib, xüsusən də Fransa və İspaniyanı birləşdirən A9 magistral yolu bağlanıb. 3000-ə yaxın yaşayış binası işıqsız qalıb: yerli hakimiyyət orqanları “ehtiyat tədbiri” olaraq elektrik enerjisini kəsdiklərini qeyd ediblər.

Fransanın Milli Meteorologiya Xidməti “Meteo-France” ölkənin 16 regionunda, o cümlədən paytaxtda hava şəraitinin ən yüksək, “qırmızı” təhlükəsi olduğunu bildirib.

Əziz Mustafa