Böyük Britaniya Qəzza zolağında müharibənin davam edəcəyi təqdirdə İsraili yeni tədbirlərlə hədələyib

Böyük Britaniya Qəzza zolağında müharibənin davam edəcəyi təqdirdə İsraili yeni tədbirlərlə hədələyib

07:58
Bəyəndim (4) Bəyənmədim (0)


Yaxın vaxtlarda Qəzza zolağında atəşkəs əldə olunmasa, Britaniya İsrailə qarşı əlavə tədbirlər görəcək.

“The Times of Israel”ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi deyib.

Lemmi hesab edir ki, İsraillə HƏMAS arasında atəşkəs və girovların azad edilməsinə dair razılaşmaya dair danışıqlar İsrailin müdafiə naziri İsrael Katsın Qəzzanın bütün əhalisinin - 2 milyondan çox insanın Qəzza zolağının cənubundakı qondarma "humanitar" zonaya köçürülməsi ilə bağlı şərhləri ilə gecikə bilər.

"Düşünürəm ki, bu, atəşkəsə nail olmaq üçün əsas maneə olacaq. Güman edirəm ki, o (Katz - red.) bu mövqedə israr etsə, bizim bu atəşkəsə necə nail olacağımızı anlamaq çox çətin olacaq, çünki İsrail ordusunun Qəzzadan çıxarılmasının miqyası ilə bağlı qızğın müzakirələr davam edir".
Qəzzada müharibə davam edərsə, İsrailə qarşı əlavə addım atıb-atmayacağı sualına o, “Bəli, edəcəyik” deyə cavab verib.

May ayında Lemmy Britaniyanın İsraillə azad ticarət razılaşması üzrə danışıqları dayandıracağını və İsrailin müharibə dövründəki siyasətinə cavab olaraq İordan çayının qərb sahilində məskunlaşanlara qarşı sanksiyalar da daxil olmaqla, digər cəza tədbirləri görəcəyini açıqlamışdı.

Əziz Mustafa