Ermənistan İran sərhədindən vətəndaş axını qeydə alıb

Ermənistan İran sərhədindən vətəndaş axını qeydə alıb

8 İyul 16:11
Bəyəndim (1) Bəyənmədim (0)


Ermənistan Milli Təhlükəsizlik Xidməti “TASS”-a Ermənistan və İran sərhədində yerləşən “Aqarak” keçid məntəqəsində sərnişin axınının nəzərəçarpacaq dərəcədə artması barədə məlumat verib.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin nümayəndələrinin sözlərinə görə, sərhədi keçənlərin sayının artması İran və İsrail arasında iyunun ortalarında başlayan silahlı münaqişə ilə bağlıdır.
İnsan axınının artmasına baxmayaraq, Milli Təhlükəsizlik Xidməti “Aqarak” keçid məntəqəsində işlərin adi qaydada davam etdiyini vurğulayıb. Sərhəd nəzarəti fasiləsiz həyata keçirilir, keçid məntəqəsinin özündə vətəndaş və ya nəqliyyat vasitələrinin yığılması müşahidə olunmur. Səlahiyyətlilər qeyd ediblər ki, vəziyyət nəzarətdədir və asayişin qorunması üçün bütün lazımi tədbirlər vaxtında görülür.
Almaz Həsənli