
Türkiyədə atışmada özbək qadın öldürülüb
Türkiyənin Aydın vilayətində restoranda baş verən atışmada 35 yaşlı Özbəkistan vətəndaşı ofisiant öldürülüb. Bu barədə Özbəkistanın İstanbuldakı Baş Konsulluğu məlumat yayıb.
Başından ağır xəsarət alan qadın hadisə yerində dünyasını dəyişib. Cinayəti törətməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb. Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.
“Haberler”in məlumatına görə, hadisə iyulun 5-də saat 3:30-da baş verib. Qadın xəstəxanaya yerləşdirilsə də, göstərilən yardıma baxmayaraq dünyasını dəyişib.
Özbəkistanın Türkiyədəki Baş Konsulluğu və Miqrasiya Agentliyinin nümayəndəliyi mərhumun cənazəsinin vətəninə göndərilməsi üçün tədbirlər görür.
Əziz Mustafa
Digər xəbərlər