Kuala-Lumpurda ASEAN Liderlərinin Toplantısı keçiriləcək

Kuala-Lumpurda ASEAN Liderlərinin Toplantısı keçiriləcək

15:13
Bəyəndim (1) Bəyənmədim (0)

Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) oktyabrda keçirilməsi planlaşdırılan 47-ci sammitinin tarixdə ən böyük sammit olacağı, tərəfdaş ölkələr və digər dövlət başçılarının tədbirlərdə iştirak edəcəyi gözlənilir. Bunu Malayziyanın baş naziri Ənvar İbrahim deyib.
"Oktyabrda keçiriləcək ASEAN sammiti, çox güman ki, indiyədək ən dinamik sammit olacaq, çünki o, təkcə ASEAN-a üzv ölkələri və Yaponiya, Cənubi Koreya və Çin kimi uzunmüddətli tərəfdaşları deyil, bir çox başqalarını da bir araya gətirəcək", - Ənvar İbrahim bəyan edib

Oktyabrın 26-28-də Kuala-Lumpurda ASEAN Liderlərinin Toplantısı keçiriləcək. Ənvarın sözlərinə görə, orada iştirakını İtaliyanın baş naziri Giorgio Meloni, Braziliya prezidenti Luiz İnasio Lula da Silva, Kanadanın baş naziri Mark Karni, Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa da təsdiqləyib.

Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası 1967-ci ildə yaradılıb. Bu gün o, Cənub-Şərqi Asiyanın 10 ölkəsini - Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tayland və Filippini birləşdirir. 2025-ci ildə ASEAN-a sədrlik rotasiya əsasında 1 il müddətinə Malayziyaya veriləcək.

Əziz Mustafa