
Netanyahu Trampı Nobel Sülh Mükafatına namizəd göstərib
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla görüşüb və ona onun Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı müraciətin mətnini verib.
Oxumməni.az-ın xəbərinə görə, bunu Netanyahu “Associated Press” (AP) agentliyinin yayımladığı Ağ Evdə Trampla görüşü zamanı deyib.
"Cənab prezident, sizə Nobel Komitəsinə göndərdiyim məktubu təqdim etmək istəyirəm. Onlar sizi Sülh Mükafatına namizəd göstərirlər, bu tamamilə haqlıdır və siz bu mükafatı almalısınız," – “AP” İsrail baş nazirinin sözlərini sitat gətirir.
Tramp israilli həmkarına təşəkkür edib və onun bu təşəbbüsdən xəbəri olmadığını qeyd edib.
Almaz Həsənli
Digər xəbərlər