ABŞ hərbi yardım çərçivəsində Ukraynaya müdafiə üçün silah verəcək

ABŞ hərbi yardım çərçivəsində Ukraynaya müdafiə üçün silah verəcək

10:00
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ hərbi yardım çərçivəsində Ukraynaya müdafiə üçün silah verəcək. Bunu ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı deyib.

"Daha çox silah göndərməli olacağıq, bunu etməyə borcluyuq. Onlar özlərini müdafiə etməyi bacarmalıdırlar. Onlara çox güclü zərbələr endirilir. Biz daha çox silah, müdafiə silahları göndərməliyik - ilk növbədə", - o deyib.

Amerika liderinin sözlərinə görə, o, Rusiya diktatoru Vladimir Putinin dayanmamasından çox məyusdur. Tramp insanların öldüyünü vurğulayıb.
"Prezident Putinin dayanmadığına görə məyus oldum", - o, qəzəbləndi və əlavə etdi ki, Kreml rəhbəri, görünür, müharibəni dayandırmaq niyyətində deyil.

Xatırladaq ki, iyulun 1-də KİV-də ABŞ-ın Ukraynaya hərbi yardımı qismən dayandırması barədə məlumat yayılmışdı. Bununla belə, Tramp əmin edib ki, Vaşinqton Ukraynaya silah tədarükünü davam etdirir.

Əziz Mustafa