Krasnoyarsk stansiyasının növbətçisi lotereyada 10 milyon rubl udub

Krasnoyarsk stansiyasının növbətçisi lotereyada 10 milyon rubl udub

7 İyul 13:09
Bəyəndim (2) Bəyənmədim (0)


Rusiya Maliyyə Nazirliyinin təşkil etdiyi ümumrusiya dövlət lotereyalarının operatoru “Natsionalnaya Lotareya”nın (Milli Lotereya) mətbuat xidmətindən “RBC”-yə verilən məlumata görə, Krasnoyarsk diyarından olan stansiya növbətçisi tətbiqdə dörd bilet alaraq “Super 8” lotereyasında 10 milyon rubl (təxm.215885 manat-red.) udub.
Lotereya qalibi Aleksandrın sözlərinə görə, o, qalib gələcəyini ciddi gözləmirdi və şansını sınamağa qərar verib. "Mən daim qaliblərin hekayələrini oxuyuram: iştirakçıların qalan pulla necə bilet alıb böyük məbləğlər qazanması haqqında. Mən də son 2 min rubla üstəgəl dörd bilet almışam,"-o deyib.
Risk tamamilə özünü doğrultdu və biletlərdən biri qalib oldu. Kişi saytdakı məlumatı iki dəfə yoxlayıb və əmin olandan sonra xəbəri həyat yoldaşı ilə bölüşüb.
Aleksandr tirajdan bir neçə gün əvvəl ev heyvanı aldığını söyləyib. "Bu it ortaya çıxandan bəri çoxlu xoşbəxt təsadüflər oldu,"-o əlavə edib.
Kişinin dediyinə görə, udduğu pulu mənzilə, maşına, təmirə xərcləyəcək. "Balaca uşağım var, ona dərhal mənzil almaq istəyirəm. Mən də maşını dəyişib yaxşı təmir etmək istəyirəm", - deyə kişi paylaşıb. O, digər lotereya iştirakçılarına da uğurlar arzulayıb.
Xatırladaq ki, bir az əvvəl, iyunun 4-də, Krasnoyarsk diyarının baçqa sakini “Rapido Pro” lotereyasının 333848-ci tirajında lotereyada 37 milyon rubl (təxm.798775 manat-red.) udmuşdu.
Almaz Həsənli