Suriya yeni milli gerbi təqdim edib

Suriya yeni milli gerbi təqdim edib

10:37
Bəyəndim (3) Bəyənmədim (0)

Suriya dövlətinin yeni gerbi başının üstündə üç ulduz olan qartaldır. Qartalın quyruğu beş lələklə bəzədilib, hər biri Suriyanın əsas coğrafi bölgələrindən birini simvollaşdırır: şimal, şərq, qərb, cənub və mərkəzi.

Hər qanad yeddi lələkdən ibarətdir, cəmi on dörd lələk bütün Suriya əyalətlərini təmsil edir.

“SANA” yazır: "Bu simvolik simmetrik paylama hər bir vilayətin əhəmiyyətini və onun dövlətin sabitliyindəki rolunu vurğulayır".

Əl-Şaraa görə, yırtıcı quş şəklində təqdim edilən Suriyanın yeni vizual görüntüsü güc, qətiyyət, sürət, bacarıq, iti baxış və müdrikliyi simvollaşdırır.

"Bu quş mahir və manevr qabiliyyətinə malik döyüşçüdür, səmada uçur, mahir ovçudur, ailəsinin qoruyucusudur. Rəngi ​​saf metal kimidir, zamansızdır. Suriya xalqı tarix boyu belə olub, yeni dövrdə də belə olmalıdır".

Əvvəllər Suriyanın gerbi sinəsində qalxan olan, üzərində üç ulduz və köhnə bayraq olan şahin idi. Quş pəncələrində Suriya Ərəb Respublikası yazısı olan lent tutmuşdu.

Almaz Həsənli