Rusiya HDQ-nin Baş Komandanının müavini general-mayor Mixail Qudkov və onun silahdaşı Nəriman Şıxəliyev Kursk vilayətində öldürülüb

Rusiya HDQ-nin Baş Komandanının müavini general-mayor Mixail Qudkov və onun silahdaşı Nəriman Şıxəliyev Kursk vilayətində öldürülüb

3 İyul 16:29
Bəyəndim (2) Bəyənmədim (0)


Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) baş komandanının müavini, 155-ci Ayrı Qvardiya Dəniz Piyadaları Briqadasının keçmiş komandiri general-mayor Mixail Qudkov Kursk vilayətində öldürülüb. Bu barədə Primorsk diyarının qubernatoru Oleq Kojemyako Telegram kanalında məlumat verib.
Qubernator Kojemyako qeyd edib: "Mixail Evgenieviç özünü donanmada xidmətdən kənarda təsəvvür edə bilməyən əsl döyüşçü idi".
Generalla birlikdə onun silahdaşı Nəriman Şıxəliyev də həlak olub. Hər iki zabit əvvəllər Sakit Okean Donanmasının 155-ci Ayrı Qvardiya Dəniz Piyadaları Briqadasında xidmət ediblər.


Ukraynanın Teleqram kanalları və nəşrləri (xüsusən də “RBK-Ukrayna”) Qudkovun öldürüldüyünü, onun ölüm xəbərini isə bir gün əvvəl rus təbliğatçıları tərəfindən yayıldığını yazır. Bəzi Telegram kanallarının məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin sərhədə yaxın Korenevo bölgəsində komanda məntəqəsinə endirdiyi zərbə nəticəsində Qudkov digər 10 zabitlə birlikdə həlak olub, lakin nə vaxt məlum deyil.

Oxuməni.az