Estoniyada rus kəşfiyyatçıları həbsə məhkum edilib

Estoniyada rus kəşfiyyatçıları həbsə məhkum edilib

3 İyul 16:11
Bəyəndim (1) Bəyənmədim (0)

Estoniyada məhkəmə iki Moldova vətəndaşını “Slava Ukraine” restoranını yandırmaqda təqsirli bilib. Məlum olub ki, onlar Rusiya kəşfiyyatına (QRU) işləyirmiş. Bu barədə ERR xəbər verir.

Estoniya hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, Moldova vətəndaşı 1992-ci il təvəllüdlü İvan Kihayal bu ilin yanvarında Rusiya xüsusi xidmət orqanlarının göstərişi əsasında Voru qraflığının Osula kəndində COOP mağazasını yandırıb. Demək olar ki, bir həftə sonra ona 2 min dollara yaxın maaş verildi.

Tezliklə ruslar ona Tallinndəki “Slava Ukrayiny” restoranını yandırmağı əmr etdilər. Bu konkret obyekt adı və açıq Ukraynayönlü mövqeyinə görə hədəfə çevrildi.

Tapşırığı yerinə yetirmək üçün ruslar 1987-ci il təvəllüdlü İvan Kihayalı bu işə cəlb edib. Bu il yanvarın 31-nə keçən gecə onlar yanğın törədiblər.

Əziz Mustafa , Oxuməni.az