
Papa XIV Leo Türkiyəyə səfər etməyi planlaşdırır
Vatikanda Roma Papası XIV Leo ilə Türkiyənin birinci xanımı Əminə Ərdoğan arasında görüş baş tutub. Söhbət zamanı pontifik Türkiyəyə səfər etmək istədiyini və bunu noyabrın sonunda planlaşdırdığını bildirib.
XIV Leo deyib: “Türkiyə xristianlar üçün mühüm ölkədir, lakin o, həm də mühüm körpü rolunu həyata keçirir və sülhün qurulmasında mühüm rol oynayır”. O xatırladıb ki, 2025-ci ildə Birinci Nikeya Şurasının 1700 illiyi tamam olur.
Əminə Ərdoğan Vatikana Papa Sosial Elmlər İnstitutunun təşkil etdiyi “Qardaşlığa əsaslanan iqtisadiyyat” forumunda iştirak etmək üçün gəlib. O, Roma Papası ilə Qəzza zolağındakı humanitar böhran, iqlim dəyişikliyi ilə mübarizə və islamofobiyanın yüksəlişini müzakirə edib.
Papa Türkiyəyə sonuncu dəfə 2014-cü ildə səfər edib.Eyni zamanda, əvvəlki pontifik Fransisk Konstantinopol Patriarxı Varfolomeyə Nikea Şurasının 1700 illiyi ilə bağlı toplantı təşkil etməyi təklif edib.
Əziz Mustafa, Oxuməni.az