ABŞ əldə edilmiş vətəndaşlığı ləğv etməyə başlayacaq

ABŞ əldə edilmiş vətəndaşlığı ləğv etməyə başlayacaq

2 İyul 11:06
Bəyəndim (2) Bəyənmədim (0)

ABŞ Ədliyyə Nazirliyi ağır cinayətlər törətmiş həmin şəxslərin vətəndaşlıqlarını ləğv etməyi düşünür. Bu barədə “ABC” kanalı baş prokurorun müavini Brett Şumeytin iyunun 11-də yazdığı məktubuna istinadən məlumat yayıb.

Kanal qeyd edir ki, Şumeyt ABŞ prokurorlarına Donald Tramp administrasiyasının siyasi məqsədlərinə nail olmaq üçün denatüralizasiyaya nə vaxt müraciət edəcəkləri barədə qərar vermək üçün geniş səlahiyyət verir.

Prokurorlara ABŞ-ın milli təhlükəsizliyinə potensial təhlükə yaradan vətəndaşlarla bağlı işlərə üstünlük verməyə çağırılır. Memorandumda həmçinin qeyd olunur ki, bəzi hallarda prokurorlar işgəncə, müharibə cinayətləri, insan alveri və insan hüquqlarının pozulması ilə məşğul olan şəxslərin ABŞ vətəndaşlığını ləğv etməyə çalışmalıdırlar, kanal qeyd edir.

Almaz Həsənli