
İsrail Qəzzada 60 günlük atəşkəslə razılaşıb
İsrail Qəzza zolağında 60 günlük atəşkəsin həyata keçirilməsi üçün lazım olan şərtlərlə razılaşıb, ABŞ prezidenti Donald Tramp bildirib.
“İsrail 60 günlük atəşkəs sazişinin bağlanması prosesini başa çatdırmaq üçün lazım olan şərtlərlə razılaşıb, bu müddət ərzində biz müharibəni bitirmək üçün bütün tərəflərlə işləyəcəyik”, Tramp “The Truth Social”da yazıb.
O qeyd edib ki, ABŞ nümayəndələri çərşənbə axşamı "Qəzzada israillilərlə uzun və məhsuldar görüş keçiriblər".
“Ümid edirəm ki, Yaxın Şərqin rifahı naminə, Həmas bu sazişlə razılaşacaq, çünki bu, yaxşılaşmayacaq – daha da pisləşəcək”, - Amerika lideri vurğulayıb.
Tramp əlavə edib ki, Qətər və Misir atəşkəs üçün təklif təqdim edəcək.
Əziz Mustafa
Digər xəbərlər