Makron Putinə zəng etdikdən sonra Zelenski ilə danışıb

Makron Putinə zəng etdikdən sonra Zelenski ilə danışıb

2 İyul 07:42
Bəyəndim (2) Bəyənmədim (0)

Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Vladimir Zelenski iyulun 1-də axşam saatlarında danışıq aparıblar.

Bu barədə RBC-Ukraynaya məlumatlı mənbə bildirib.

Nəşrin həmsöhbətinin sözlərinə görə, Makron Rusiya diktatoru Vladimir Putinlə danışdıqdan sonra Zelenskiyə zəng edib.

İki lider arasındakı söhbətin təfərrüatları hələlik məlum deyil.

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron və Rusiya diktatoru Vladimir Putin arasında təxminən üç ildən sonra ilk dəfə telefon danışığı olub.

Müzakirə mövzularından biri də Rusiyanın Ukraynaya qarşı müharibəsi olub. Putin növbəti dəfə münaqişənin səbəbkarının Qərb siyasəti olduğu və guya Qərb dövlətlərinin ucbatından müharibənin davam etdiyi barədə fantaziyalar irəli sürdü.

Eyni zamanda, Fransa lideri Kreml rəhbərini uzunmüddətli və davamlı sülhə dair danışıqlara başlamaq üçün Ukrayna ilə təcili atəşi dayandırmağa çağırıb.

Putin və Makron İsrailin İranla müharibəsini də müzakirə ediblər. Onlar razılaşıblar ki, münaqişə diplomatik yolla həll edilməlidir.

Yelisey sarayında qeyd edildiyi kimi, Fransa prezidenti və Rusiya diktatoru təmasları davam etdirmək barədə razılığa gəliblər.

Əziz Mustafa, Oxuməni.az