
Ukrayna Ramstein tərəfdaşları ilə yeni silah zavodları yaradacaq
Ukraynanın müdafiə naziri Rustem Umerov beynəlxalq tərəfdaşlarla - həm Ukraynada, həm də Ramşteyn formatında iştirak edən ölkələrdə birgə silah istehsalı üçün yeni proqrama start verildiyini açıqlayıb.
Bu barədə RBC-Ukrayna Ukrayna Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, bu, dövlətin müdafiə potensialını xeyli gücləndirəcək.
"Biz beynəlxalq tərəfdaşlarla - Ukraynada və Rammstein-də iştirak edən ölkələrdə silahların birgə istehsalı proqramına başlayırıq", - Müdafiə Nazirliyinin rəhbəri bildirib.
Umerovun sözlərinə görə, Ukrayna müasir müharibənin əvəzsiz təcrübəsinə, döyüş meydanında artıq sınaqdan keçirilmiş effektiv silah və texnikaya malikdir. Bu, Ukraynanın qlobal silah bazarında bərabərhüquqlu tərəfdaş kimi çıxış etdiyi hərbi-sənaye əməkdaşlığının yeni formatını təklif etməyə imkan verir.
Təşəbbüsün bir hissəsi olaraq, Ukraynanın müdafiə müəssisələri yaxın vaxtlarda istehsalı modernləşdirməyə və genişləndirməyə, həmçinin yeni fabrik və istehsal sahələri tikməyə imkan verəcək xüsusi hüquqi və vergi rejimi alacaqlar. Bu, həm Ukraynada, həm də xaricdə - Müdafiə üzrə Təmas Qrupunun üzvü olan dövlətlərdəki imkanlara aiddir.
Proqram çərçivəsində istehsal olunan silahlar müharibənin sonuna qədər Ukrayna Müdafiə Qüvvələrinə veriləcək.
Əziz Mustafa, Oxuməni.az