Ukraynanın Aİ-yə daxil olması ilə bağlı Macarıstanın sorğusu etibarlı deyil

Ukraynanın Aİ-yə daxil olması ilə bağlı Macarıstanın sorğusu etibarlı deyil

2 İyul 14:11
Bəyəndim (3) Bəyənmədim (0)

Ukraynanın Aİ-yə daxil olması ilə bağlı Budapeştin təşkil etdiyi sorğu məcburi xarakter daşımır. Bundan sonra bununla nə ediləcəyi hələ bəlli deyil.

Bu barədə RBC-Ukrayna Avropa Komissiyasının spikeri Qiyom Mersiyer keçirdiyi brifinqində məlumat verib.

"Biz bu milli məsləhətləşmələrin nəticələrini nəzərə alırıq. Macarıstan hökuməti bu qeyri-məcburi məsləhətləşmələri təyin və təşkil edib. Bildiyiniz kimi, milli məsləhətləşmələr konkret ölkənin hakimiyyətinə aid məsələdir, ona görə də Macarıstan və Macarıstan hökuməti bundan sonra onlarla nə etməyi planlaşdırdıqlarını izah etməlidir", - Mersiyer qeyd edib.

O, Ukraynanın genişmiqyaslı müharibə şəraitində Aİ-yə üzvlük üçün zəruri olan islahatları həyata keçirdiyinə diqqət çəkib.

Eyni zamanda, AK spikeri xatırladıb ki, Avropa Komissiyasının qənaətinə görə, Ukrayna Aİ-yə daxil olmaq üzrə ilk danışıqlar klasterinin açılması meyarlarına cavab verir.

Mesiyerin sözlərinə görə, AK Ukraynanın milli azlıqlarla bağlı planını müsbət qiymətləndirib. Milli azlıqlar mövzusu Macarıstanla əsas mübahisə mənbəyidir.

Əziz Mustafa, Oxuməni.az