
Transxəzər marşrutu üzrə ilk Çin-Avropa qatarı Pekindən Bakıya yola düşüb
Dəyəri 15 milyon yuandan (təxminən 3,56 milyon manat) çox olan avtomobil hissələri və mexaniki avadanlıqlarla dolu 104 standart konteynerlə yüklənmiş qatar bazar ertəsi Pekinin Fanşan rayonundan Bakıya yola düşüb. Oxuməni.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Bu, Pekin və Bakını birləşdirən ilk transxəzər Çin-Avropa qatarıdır.
Çin Dövlət Dəmir Yolu Korporasiyasının ( ÇDDYK) Pekin bölməsindən verilən məlumata görə, qatar Fanşan rayon stansiyasından yola düşərək, Xorqos keçid məntəqəsi (Sincan-Uyğur Muxtar Vilayəti, Şimal-Qərbi Çin) vasitəsilə dövlət sərhədini keçərək Xəzər dənizinin Aktau (Qazaxıstan) limanına gəlib, oradan isə bu yüklər bərə ilə Bakıya, oradan isə dəmir yolu ilə Bakıya çatdırılacaq.
Pekindən Bakıya yüklərin daşınması "dəmir yolu - dəniz - dəmir yolu" multimodal üsulundan istifadəni nəzərdə tutur. Yük 8 min km-dən çox məsafə qət edəcək və 15 günə Bakıya çatacaq. Bakıya çatdıqdan sonra yüklərin bir hissəsi Gürcüstan, Türkiyə, Serbiya və digər ölkələrə daşınacaq.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin-Avropa beynəlxalq yükdaşıma marşrutlarının cənub dəhlizidir və belə bir multimodal metod olan “dəmir yolu-dəniz-dəmir yolu” ənənəvi dəniz nəqliyyatı ilə müqayisədə nəinki daşımaların vaxtını azaldacaq, həm də Xəzər dənizi, Qara və Aralıq dənizi sahilləri, eləcə də Mərkəzi Avropa, Qərbi Avropa və Şərqi Avropa sahilləri ölkələrinə müvafiq xidmətlərin əhatə dairəsini genişləndirəcək, Pekin Fanşan Beynəlxalq Quru Limanı İdarəetmə Şirkətinin baş direktoru Van Çuanmen bildirib.
ÇDDYK-nin Pekin bölməsinin rəsmisi qeyd edib ki, yuxarıda qeyd olunan yükdaşıma xidmətinin işə salınması Pekin və ətraf rayonlardakı müəssisələr üçün daha rahat və səmərəli beynəlxalq logistika kanalı yaradıb ki, bu da onların logistik xərclərini azaltmağa və beynəlxalq bazarda rəqabət qabiliyyətini artırmağa kömək edəcək, Çinlə Azərbaycan və digər ölkələr arasında ticarət əməkdaşlığını effektiv şəkildə təşviq edəcək.
Almaz Həsənli