Kim Çen In Ukraynada həlak olan KXDR əsgərlərinin xatirəsini ehtiramla yad edib

Kim Çen In Ukraynada həlak olan KXDR əsgərlərinin xatirəsini ehtiramla yad edib

1 İyul 15:04
Bəyəndim (3) Bəyənmədim (0)


Şimali Koreya lideri Kim Çen In Rusiyanın Ukraynaya qarşı müharibəsində həlak olan KXDR əsgərlərinin xatirəsini ehtiramla yad edib. Bu barədə “The Guardian” məlumat yayıb.
Çərşənbə axşamı, iyulun 1-də Şimali Koreyanın dövlət televiziyası Kimin Pxenyanda keçirilən mərasimdə əsgərlərdən birinin tabutunun üzərinə Şimali Koreya bayrağı qoymasının görüntülərini nümayiş etdirib. KXDR lideri çıxışı zamanı göz yaşları ilə əsgərlərə göstərdikləri cəsarət və sədaqət üçün təşəkkür edib.
Hadisə Şərqi Pxenyanın Böyük Teatrında baş tutub. Şənlik zamanı Şimali Koreya və Rusiya sənətçiləri çıxış ediblər. Şimali Koreya liderini Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova müşayiət edib.
Məlumata görə, bazar günü, iyunun 29-da baş tutan mərasimə səbəb Şimali Koreya ilə Rusiya arasında hərbi sazişin imzalanmasının ildönümü olub. İki ölkə arasında “hərtərəfli strateji tərəfdaşlıq” sazişində də müdafiə sektorunda qarşılıqlı yardım haqqında bənd var.
Almaz Həsənli