
İranda Starlink rəsmən qadağan edilib: istifadəçiləri həbs gözləyir
İran hakimiyyəti Starlink peyk internetindən istifadəni rəsmən qadağan edərək, ondan istifadəni ağır cəzalarla - cərimələr və iki ilə qədər həbslə cəzalandırıb. Bu barədə The Jerusalem Post xəbər verir.
Bu qərar dövlət senzurasından yan keçməyə imkan verən nəzarətsiz internetə çıxışla mübarizə məqsədi daşıyır.
İran hakimiyyəti informasiya məkanına nəzarəti saxlamağa çalışır və senzurasız şəbəkəyə girişə icazə vermir. Eyni zamanda, Starlink Elon Maskın peyk şəbəkəsi vasitəsilə fəaliyyət göstərir və hökumət məhdudiyyətlərini, veb saytların bloklanması və senzuranı yan keçməyə imkan verir. Peyk internet vasitəsi ilə bir çox iranlının dünya hadisələrini filtrləmədən öyrənməsinin yeganə yolu olub.
Sərt cəzalara baxmayaraq, ekspertlərin hesablamalarına görə, İranda hələ də 20-40 min Starlink cihazı aktivdir. Onların əksəriyyəti ölkəyə qara bazar vasitəsilə daxil olub.
Beləliklə, insanlar məlumatlara, messencerlərə və sosial şəbəkələrə pulsuz, senzurasız giriş əldə etmək üçün qanunu pozmaq riski ilə üzləşirlər.
Bu, İran hakimiyyətinin interneti ciddi şəkildə məhdudlaşdırmaq üçün ilk cəhdi deyil: əvvəllər VPN xidmətləri və messencerlər qadağan edilmişdi. Bununla belə, Starlink-in populyarlığı göstərir ki, əhalinin bir hissəsi doğru xəbərlər və dünya səviyyəli xidmətlər naminə riskə getməyə hazırdır.
Əziz Mustafa