
Almaniya Avropanın “nüvə çətirini” müdafiə edir
Almaniya ümumavropa “nüvə çətiri”nin yaradılması çərçivəsində Fransa və Böyük Britaniyanın nüvə silahlarına çıxış əldə edə və yeni Avropa nüvə silahlarının hazırlanmasında aparıcı rol oynaya bilər.
Welt xəbər verir ki, bunu Bundestaqdakı XDİ/CSU fraksiyasının sədri Yens Şpan deyib.
"Avropa çəkindirmə qabiliyyətinə malik olmalıdır. Bunun üçün, xüsusən də Amerikanın atom bombaları Almaniyada yerləşdirilib. Lakin bu, uzunmüddətli perspektivdə kifayət etmir", - o, jurnalistlərə bildirib.
Şpanın sözlərinə görə, nüvə silahının birgə istifadəsinə maneələr var. Məsələn, Fransa çətin ki, nüvə silahlarına çıxışı Almaniyaya ötürməyə razı olsun.
Buna görə də, siyasətçi qeyd edib ki, Avropanın nüvə silahlarına nəzarətin təsadüfi qaydada NATO üzvlərinə verilməsi sistemini hazırlamaq olar.
Digər variant isə Alyansa üzv olan bütün Avropa ölkələrinə məxsus olacaq yeni ümumavropa nüvə silahının hazırlanmasıdır. Şpan qeyd edib ki, Almaniya bu prosesdə aparıcı rol oynamalıdır.
Əziz Mustafa , Oxuməni.az