
Britaniya rekord kokain daşınmalarından birini dayandırır
Britaniya ölkə tarixində narkotiklərlə mübarizədə ən böyük əməliyyatlardan birini həyata keçirib. Sərhədçilər Panamadan gələn gəmidə külli miqdarda narkotik maddə aşkar ediblər. Bu barədə İndependent xəbər verir.
Sərhəd Xidməti Britaniya tarixində narkotiklərlə mübarizədə ən böyük əməliyyatlardan birində 2,4 ton kokain müsadirə edib. Dəyəri 96 milyon funt sterlinq olan tapıntı, qeydlər başlayandan bəri altıncı ən böyük kokain müsadirəsidir.
Məlum olduğu kimi, nəhəng yük bu ayın əvvəlində aşkar edilib. Sərhədçilər narkotikləri Panamadan London Gateway limanına gələn gəmidə konteynerlərin altında gizlədiblər.
Kəşfiyyat məlumatları əsasında fəaliyyət göstərən mütəxəssislər liman operatoru ilə birlikdə 37 iri konteynerin daşınması üçün araşdırma aparıblar və nəticədə qeyri-qanuni daşınma aşkar edilib.
Əziz Mustafa, Oxuməni.az