ABŞ Özbəkistan ziyarətçi vizası müraciətlərinin təxminən 65%-ni rədd edib

ABŞ Özbəkistan ziyarətçi vizası müraciətlərinin təxminən 65%-ni rədd edib

10:17
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Dövlət Departamentinin hesabatına görə, Birləşmiş Ştatlar 2024-cü maliyyə ili üçün Özbəkistan vətəndaşları tərəfindən təqdim edilən B-1/B-2 ziyarətçi vizası müraciətlərinin 64,41%-ni rədd edib. Bu, Mərkəzi Asiya ölkələri arasında ən yüksək göstəricidir.

2023-cü ildə Özbəkistan üçün imtina nisbəti 59,56%, 2022-ci ildə 47,04%, 2020-ci ildə pandemiya ilində 74,14%, 2019-cu ildə 68,06% səviyyəsində olub. Türkmənistan vətəndaşları üçün imtina nisbəti 58,8%, Qazaxıstan - 46,29%, Tacikistan - 45,24% və Qırğızıstan - 39,14% təşkil edib.

MDB ölkələri arasında göstəricilər dəyişir: Azərbaycan - 21,46%, Ermənistan - 59,46%, Belarus - 28,79%, Rusiya - 38,56%.

Dünyada ən yüksək imtina göstəriciləri Laosdadır - 82,84%. İlk beşliyə həmçinin Qvineya-Bisau (76,59%), Seneqal (74,65%), Somali (77,02%) və Qvineya (70,25%) daxildir.

Ən aşağı imtina nisbəti BƏƏ-də - 1,46%, Kiprdə - 2,16%, Rumıniyada - 2,61% təşkil edir.

Ziyarətçi vizaları Birləşmiş Ştatlara müvəqqəti olaraq biznes (B-1 vizası), turizm, istirahət və yaşayış (B-2 vizası) və ya bütün bu məqsədlərin birləşməsi (B-1/B-2) üçün daxil olmaq istəyən şəxslər üçün qeyri-immiqrasiya vizalarıdır.

Əziz Mustafa, Oxuməni.az