İran İsraillə əməkdaşlıqda şübhəli bilinən 700 nəfəri həbs edib

İran İsraillə əməkdaşlıqda şübhəli bilinən 700 nəfəri həbs edib

11:17
Bəyəndim (2) Bəyənmədim (0)


İyunun 13-də İsraillə silahlı münaqişə başlayandan İranın hüquq-mühafizə orqanları İsrail kəşfiyyat xidmətlərində işləmək şübhəsi ilə azı 700 nəfəri saxlayıb.
Bu barədə “TASS” “Fars” agentliyinə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, ən çox həbslər Kermanşah, İsfahan, Xuzistan, Fars və Lorestan əyalətlərində qeydə alınıb.
“Fars”-ın məlumatına görə, məhbuslar İsrailin maraqları naminə İran ərazisindən kiçik pilotsuz təyyarələr atmaqda, əldəqayırma bombalar hazırlamaqda və İsrail kəşfiyyat xidmətlərinə daha sonra məlumat ötürmək məqsədilə hərbi obyektləri lentə almaqda ittiham olunurlar. Agentliyin qeyd etdiyi kimi, iyunun 13-dən bəri təkcə Tehranda 10 mindən çox kiçik PUA ələ keçirilib.
Almaz Həsənli